wrapper

"Çelsi"nin futbolçusu David Luis Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la oyun öncəsi klub saytına açıqlama verib.

Futbol11.az xəbər verir ki, braziliyalı oyunçu yaxşı nəticə əldə etmək üçün oyuna çıxacaqlarını bildirib: "Qarabağ"la oyuna yüksək əhval-ruhiyyə ilə çıxıb, yaxşı nəticə əldə etmək istəyirik. Ötən mövsüm Premyer liqada çempion olduq və Çempionlar Liqasında bu uğurun davamını gətirməliyik.  Avropada oynamaq hər zaman yaxşıdır. Fərqli ölkələrdə, fərqli klublarla mübarizə aparırsınız. Bu turnirdə möhtəşəm futbolçular  və komandalar var".

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.