wrapper

"Çempionlar Liqasının qalibi olmağa namizəd bir komandayla oynadıq, “Çelsi”nin gücü hər kəsə məlumdur". Futbol11.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. 

Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə "Çelsi"nin qonağı olub. Qqarşılaşma "zadəganlar"ın 6:0 hesablı qələbəsi ilə başa çatıb. 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: "Təbii ki, müəyyən səhvlər etdik, bu da bizim bu turnirdə ilk oyunumuz olmağıyla bağlıdı. Səhvlərimiz üzərində işləyəcəyik. Çempionlar Liqası bizim üçün yenidir. “Qarabağ”ın baş məşqçisi olduğum üçün fəxr edirəm. Komandamızın Azərbaycanı təmsil etməsi məsuliyyətimizi artırır. Səhvlərimizdən nəticə çıxarıb öz üzərimizdə işləməyə davam edəcəyik. “Çelsi” və Antonio Konteni də qələbə münasibətiylə təbrik edirəm”.

Xatırladaq ki, "Qarabağ" qrup mərhələsindəki növbəti oyununu sentyabrın 27-də "Roma"ya qarşı keçirəcək.