wrapper

Çempionlar Liqasının 1-ci turunda səfərdə “Çelsi”dən 6 cavabsız top buraxan “Qarabağ” ölkə reytinqinə tövhəsini verə bilmədi. Futbol11.az xəbər verir ki, Azərbaycan yenə əvvəlki kimi cədvəldə 55 ölkə arasında 18.625 xalla 22-ci pillədədi.

Siyahıda 23-cü olan Şotlandiya təmsilçisi “Seltik” də bu tur məğlub olduğundan adıçəkilən ölkə ilə aradakı fərq dəyişməyib. Hazırda britaniyalıların aktivində 17.625 xal var. Onlarla eyni xala malik olan Belarusun isə avrokuboklardakı yeganı təmsilçisi BATE Avropa Liqasında iştirak etdiyindən mübarizəyə cümə axşamı qoşulacaq. Elə Rumıniya təmsiliçisi "Styaua"sı da BATE kimi mübarizəyə sabah start verəcək. 

20. Polşa 20.125

21. Rumıniya 18.650

22. AZƏRBAYCAN 18.625

23. Şotlandiya 17.625
24. Belarus 17.625

 

Qeyd edək ki, komandalarmız cari mövsümdə ölkəmizin aktivinə 3.875 xal yazdırıb. Bunun 2.125-i “Qarabağ”ın, 0.750-i “İnter”in, 0.625-i “Zirə”nin, 0.375-i “Qəbələ”nin payına düşür.