wrapper

Dünən keçirilən “Çelsi” – “Qarabağ” (6:0) matçı bir sıra maraqlı məqamlarla yadda qalıb. Futbol11.az xəbər verir ki, ələlxüsus da meydan sahiblərinin vurduğu 2-ci qol yaddaqalan olub.

Qolun gözəllliyindən savayı onu xüsusi edən məqamlar var. İngiltərənin məşhur BBC.com saytı ümumilikdə maraqlı nəticələrin bir neçəsini qeyd edib:

* İbrahim Şehiçin qapısından keçirən David Zappakosta ÇL-də qol hesabını açan (avtoqollar nəzərə alınmır) 100-cü italiyalı oyunçu oldu.

* İkinci qolun pasını verən londonluların qapıçı Tibo Kurtua da uzun seriyaya son qoyub. Belçikalı əlcək sahibi 5 illik fasilədən sonra ÇL-də qol ötürməsi edən ilk qapıçı oldu. Sonuncu dəfə 2012-ci ilin noyabrında “Seltik”li Frezer Foster “Barselona”nı üstələdikləri oyunda (2:1) komanda yoldaşı Tony Uata fərqlənmək üçün şərait yaratmışdı.

* Qeydə alınan nəticə “Çelsi”nin ÇL-də ən böyükhesablı qələbəsidi. Londonlular indiyə kimi yalnız bir dəfə - 2014-cü ildə Sloveniya “Maribor”unu bu hesabla üstələmişdi.

* “Qarabağ” “Çelsi”nin cərimə meydançasında topa yalnız 5 dəfə toxuna bildi.

* “Çelsi”nin qapıya vurduğu 8 zərbədən 6-ı qolla yekunlaşdı. 

Qeyd edək ki, “Qarabağ” növbəti matçını noyabrın 27-də evdə “Roma”ya qarşı keçirəcək. 

Son redaktə Çərşənbə, 13 Sentyabr 2017