wrapper

Topaz Premyer Liqasının 4-cü turunda “Zirə” ilə matçda sıradan çıxan “Qəbələ”nin oyunçularının vəziyəti bəlli olub. Futbol11.az xəbər verir ki, ,”kimyaçılar”la oyunda zədələnən Filip Ozobiçin durumu ciddidi.

O, 4 həftə yaşıl meydanlardan kənar qalacaq. Sözügedən oyunu yarımçıq tərk edən digər futbolçu Stiven Jozef-Monronun isə zədəsi ciddi deyil. Fransalı hücumçu, növbəti turda “Səbail”lə matçda meydana çıxa bilər. 

Qeyd edək ki, “Səbail” – “Qəbələ” qarşılaşması sentyabrın 17-də, “Dalğa Arena”da keçiriləcək. 

Son redaktə Çərşənbə, 13 Sentyabr 2017