wrapper

 Bir vaxtlar “Çelsi”yə məşqçilik etmiş Qlen Hodl dünən “zadəganlar”ın “Qarabağ”la matçı haqqında danışıb. Futbol11.az xəbər verir ki, “BT Sport” kanalına danışan ingiltərəli mütəxəssis ağdamlıların inamlı oyun sərgilədiyini bildirib:

 “Qarabağ” Çempionlar Liqasında ilk dəfədir iştirak edir. Onlar bu turnirdə birinci oyununu keçirdilər. Debütant olmaqlarına baxmayaraq inamlı oyun sərgilədilər. “Qarabağ”ın turnirdə təcrübəsi olmadığını nəzərə alaq. Bu matç onlar üçün yaxşı qiymətləndirilə bilər”.

 

Qeyd edək ki, Hodl 1993-96-cı illərdə “Çelsi”də oynayan məşqçi kimi çıxış edib.