wrapper

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbol11.az xəbər verir ki, iclasda Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən oyunlarla bağlı qərarlarını verib

9 sentyabr 2017-ci il, Topaz Premyer Liqasının IV turunun “Qəbələ” – “Zirə” matçının 90+1-ci dəqiqəsində qonaqların baş məşqçisi Ayxan Abbasov oyunun baş hakiminə qarşı emosional şəkildə etiraz etdiyi üçün xəbərdarlıq olunur. Bu hal yenidən baş verəcəyi təqdirdə məşqçi cəzalanacaqdır.

10 sentyabr 2017-ci il Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “Qəbələ" – “Zirə” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.

10 sentyabr 2017-ci il  Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IV turunun “İnter" – “Kəpəz” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur. 

 

 

Son redaktə Çərşənbə, 13 Sentyabr 2017