wrapper

Topaz Premyer Liqasının V turu Tərlan Əhmədovun “Neftçi”nin baş məşqçisi kimi debütü ilə əlamətdar olacaq. 45 yaşlı çalışdırıcı ağ-qara komandanın baş məşqçisi kimi ilk olaraq çətin sınaq qarşısındadır. Belə ki, V tur “Neftçi” – “Zirə” görüşünə şahidlik edəcək.

Görəsən, çempionatın hazırkı lideri “Zirə” “Neftçi” ilə görüşə necə hazırlaşır? Bu məqsədlə komandanın baş məşqçisi Ayxan Abbasovla əlaqə saxladıq: “Neftçi” ilə oyuna yaxşı hazırlaşır. Düzdür, biz çətin Qəbələ səfərindən dönmüşük. Bəzi mikrozədələr vardı, amma bunları aradan qaldırmışıq. Bilirik ki, çətin oyun olacaq, amma hazırlıq eyni qaydada davam edir”.

Ayxan Abbasov “Neftçi”nin baş məşqçisi postuna gələn Tərlan Əhmədovu təbrik etməklə yanaşı narahatlığını da gizlətmədi: “Tərlan Əhmədovu təyinatı münasibəti ilə təbrik edirəm. Bilirəm ki, Əhmədovun gəlişindən sonra komanda daha da istəkli olacaq və buna hazırlaşırıq. Ümumiyyətlə, “Neftçi” bundan öncəki oyunlarda mübarizə apardığını göstərdi. İstər “Kəpəz”, istərsə də “Sumqayıt”la görüşdə gücünü ortaya qoydu. Rəqib istəkli komandadır və bizə çox çətin olacaq. Tərlan Əhmədov isə Azərbaycan çempionatını çox yaxşı bilən, tanıyan məşqçidir. Əhmədov komandanı çətin vəziyyətdən çıxarmağa çalışacaq. Bizim əsas məqsədimiz isə səfərdən uğurlu nəticə ilə dönməkdir”.

Oyunu maraqlı edən digər bir məqam Rəşad Sadiqovla bağlıdır. “Zirə”dən qovulan futbolçu məhz “Neftçi”nin heyətində “Zirə” ilə görüşdə futbola qayıdacaq. Görəsən, Ayxan Abbasov bu barədə hansı fikirdədir?: “Rəşad Sadiqovun “Neftçi”yə getməsi yaxşı haldı. Bu gün “Neftçi”nin təcrübəli futbolçulara ehtiyacı var və Sadiqova güvəniblər. Rəşadla mənim hər hansı bir problemim yoxdur. Bizim ayrılığımız normal olub. İnanmıram ki, Rəşad özünü mənə sübut etməyə çalışacaq. Çünki Rəşadı hər kəs tanıyır. Sözsüz ki, digər oyunçular kimi Rəşad da özünü göstərməyə çalışacaq. Amma bunu prinsip müstəvisinə çıxarmaq olmaz. Onsuz da bizim “Neftçi” ilə oyunlarımız gərgin keçib. Bu oyun da belə olacaq. Ümumiyyətlə, Azərbaycan çempionatında hər oyun gərgin keçir və hər kəs lazımi nəticəni

Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu şənbə günü reallaşacaq.

Son redaktə Çərşənbə, 13 Sentyabr 2017