wrapper

ÇL-in ilk turunda rekord qeydə alınıb. Futbol11.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnir indiki formatla keçiriləndən bəri 1-ci tur məhsuldarlıq baxımından pik həddə çatıb.

Təbii ki, bunda təmsilçimiz “Qarabağ”ın səfərdə “Çelsi”dən 6 top buraxmasının da “rolu” olub. Qrumun rəsmi saytı bu və PSJ-nin “Seltik” səfərində 5 cavabsız qolla qalib gəldiyi matçı ön plana çıxarıb. Rekordun təkrarlanmasında “Maribor”un futbolçusu Damyan Bokarın “Spartak”a vurduğu qol (1:1), yeniləməsinə isə Rayan Babelin səfərdə “Porto”ya (1:3) vurduğu 3-cü qol səbəb olub.

Ümumilikdə keçirilən 16 oyunda qapılara 54 qol vurulub. Bu əvvəlki rekorddan 1 top çoxdu. ÇL-də 2-ci qrup mərhələsi ləğv edilib hazırkı formata keçildiyi 2003/04 mövsümündən bəri ilk turlarda məhsuldarlıq belə olub:

2003/04  - 40

2004/05 - 31

2005/06 - 37

2006/07 - 42

2007/08 - 36

2008/09 - 36

2009/10 - 37

2010/11 - 44

2011/12 - 32

2012/13 - 43

2013/14 - 53

2014/15 - 43

2015/16 - 48

2016/17 - 50

2017/18 – 54

 

Qeyd edək ki, ÇL-də indiyə kimi 1-ci turda qol rekordu 2000/01 mövsümündə qeydə alınıb. Həmin vaxt komandalar bir-birinin qapısından 63 top keçirmişdi.

Son redaktə Cümə axşamı, 14 Sentyabr 2017