wrapper

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Futbol11.az xəbər verir ki, ötən ayla müqayisədə millimiz 13 pillə geriləyib. Komadamız  388 xalla 92-ci yerdə qərarlaşıb. Millimiz DÇ-2018-in seçmə mərhələsində Norveçə 0:1 hesabı ilə uduzub, San Marinoya 5:1 hesabı ilə qalib gəlib.

Reytinq cədvəlinə Almaniya başçılıq edir. Braziliya 2-ci, Portuqaliya 3-cüdür.

Reytinq cədvəlinin ilk "onluğ"u:

1. Almaniya - 1606 xal

2. Braziliya - 1590 xal

3. Portuqaliya - 1386 xal

4. Argentina - 1325 xal

5. Belçika - 1265 xal

6. Polşa - 1250 xal

7. İsveçrə - 1210 xal

8. Fransa - 1208 xal

9. Çili - 1195 xal

10. Kolumbiya - 1191 xal

Son redaktə Cümə axşamı, 14 Sentyabr 2017