wrapper

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun oyunlarındn sonra UEFA-nın reytinq cədvəli açıqlanıb.

Futbol11.az xəbər verir ki, ikinci gündə keçirilən 16 qarşılaşmadan sonra ölkəmizin mövqeyi dəyişməyib. 18.625 xala malik Azərbaycan 22-ci pillədə qalıb. Siyahıda Azərbaycandan 1 pillə qabaqda olan Rumıniyanın 18.650 xalı var.

Qeyd edək ki, komandalarmız cari mövsümdə ölkəmizin aktivinə 3.875 xal yazdırıb. Bunun 2.125-i “Qarabağ”ın, 0.750-i “İnter”in, 0.625-i “Zirə”nin, 0.375-i “Qəbələ”nin payına düşür.