wrapper

“Zirə”nin yeni prezidenti müəyyənləşib. 

Futbol11.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bunlar qeyd olunub:

“Məlum olduğu kimi, 2014-cü ildə təsis edilmiş “Zirə” Peşəkar Futbol Klubu qısa zamanda futbol ictimaiyyəti və azarkeşlərin etimadını doğruldub, onların rəğbətini qazana bilib. Əldə edilmiş nailiyyətlərin qorunması, daha böyük uğurların qazanılması, eləcə də, Azərbaycan futbolunun inkişafına davamlı töhfə vermək kimi hədəflər hazırkı mərhələdə klubun daha da yüksək peşəkarlıq prinsipləri əsasında idarə olunmasını zəruri edir. Bu məqsədlə aparılan klubdaxili məsləhətləşmələrin nəticəsi olaraq, Orxan Məmmədov “Zirə” PFK-nın fəxri prezidenti seçilib. “Zirə”nin yaradılmasının əsas təşəbbüskarı olan O.Məmmədov klubun əldə etdiyi uğurlarda böyük rola malikdi. Buna qədər icraçı direktor vəzifəsində çalışan Natiq İsmayılov “Zirə”nin prezidenti təyin olunub. İcraçı direktor vəzifəsini isə bundan sonra Cahangir Məmmədov yerinə yetirəcək”.

Son redaktə Cümə axşamı, 14 Sentyabr 2017