wrapper

Oğurluğda təqsirkar bilinən futbolçu Nicat Muxtarov artıq azadlığa çıxıb.

Futbol11.az saytının məlumatına görə, 3 gündür ki, azadlıqda olan Nicat Muxtarov hələ ki müqavilə ilə məxsus olduğu “Sumqayıt” klubunun düşərgəsinə qoşulmayıb. Əldə etdiyimiz məlumata görə, “Sumqayıt” gənc və istedadlı oyunçuya sahib çıxmağı və onu geri qaytarmağı düşünür. 

Qeyd edək ki, Nicat “Sumqayıt”dan öncə “Simurq” və “Rəvan”klublarının formasını geyinib.

Son redaktə Bazar ertəsi, 09 Oktyabr 2017