wrapper

Milli komandamızdan ayrılacağı gözlənilən Robert Prosineçki maraqlı qərar verib.

Futbol11.az xəbər verir ki, adı Sloveniya millisi ilə hallanan mütəxəssis ölkəmizi tərk etsə də, ailəsi Bakıda qalacaq. O uşaqlarının Bakıda təhsil aldıqları üçün belə bir qərar verib. Prosineçki fikirlərini bu cür bölüşüb: "Azərbaycana geri dönməliyəm. Uşaqlarım dərs ilini başa vurmalıdırlar. Əgər başqa bir iş tapsam, uşaqlarım və həyat yoldaşım Azərbaycanda qalacaq".

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 4-ü başa çatacaq.