wrapper

“Xəmsə” müstəqil fanat klubunun yaradıcısı və rəhbəri, illərdir təmənnasız olaraq Azərbaycan tribunası üçün xidmət etmiş Adil Məmmədovun səhhəti ilə bağlı ciddi problem aşkarlanıb. Futbol11.az xəbər verir ki, bir müddət öncə çənə sümüyündə xərçəng xəstəliyi aşkar edilən Məmmədov əməliyyat və kimyaterapiyadan sonra sağlamlığına qovuşsa da, bu günlərdə xəstəliyin yenidən bərpa olunduğu aşkar edilib.

Hazırda işsiz olan Adil bəy maddi sıxıntılar üzündən müalicə xərclərini qarşılamaqda ciddi çətinlik çəkir. Onun sağalması üçün yardım aksiyasına start verilib. Bu səbəbdən bank hesabı da çaılıb. Məmmədovun yardım etmək istəyənlər bu hesablara pul köçürməklə edə bilər:

“Emanat” və “Million” post terminallarında BANK XİDMƏTLƏRİ, daha sonra BANK RESPUBLİKA seçərək və aşağıdakı məlumatları daxil edərək yardımçı ola bilərsiniz!

Hesab nömrəsi: 380194401954993901
Şəxsiyyət vəsiqəsi: 135 164 70

Bundan başqa, azarkeşlər “Kəpəz” klubuna da müraciət ediblər. Əldə etdiyimiz məlumata görə klub rəhbərliyi məsələni müzakirə edib Adil bəyə yardım edəcək. Hansı ki, ilk əməliyyatında da bunu etmişdilər.

 

 

Son redaktə Cümə axşamı, 12 Oktyabr 2017