wrapper

“Barselona” ev oyunlarını keçirdiyi “Nou Kamp ” stadionunun adını dəyişə bilər. Futbol11.az xəbər verir ki, Kataloniya təmsilçisi hazırda stadionun adını almaq üçün sponsor axtarışındadır.

Əgər sponsor tapılarsa, 2018-ci ildən arenanın adı dəyişəcək. Klub rəhbərliyi arenanın adını 200 milyon avroya satmağı planlaşdırır.

 

Qeyd edək ki, adıçəkilən stadion 98 772 tamaşaçı tutumuna malik stadion 1957-ci ildən fəaliyyət göstərir.