wrapper

Albaniya çempionatının 4-cü turunun oyunları keçirilib. Futbol11.az xəbər verir ki, həmyerlimiz Rauf Əliyevin şərəfini qoruduğu “Kukesi” növbəti matçına çıxıb.

Səfərdə “Luşniya”nın qonağı olan kukeslilər səfərdə 2:0 hesabı ilə qalib gəlib. Bu oyunda forma geyinən Əliyev komandasının 2-ci qoluna imza atıb. Bununla da o, Albaniya çempionatında qol hesabını açıb. 

Qeyd edək ki, Rauf Əliyev “Kukesi”yə bu yay “İnter”dən keçib.

Son redaktə Cümə axşamı, 12 Oktyabr 2017