wrapper

Oktyabrın 10-da vətəni Xorvatiyada müayinədən keçən Filip Ozobiç Bakıya qayıdıb. Futbol11.az xəbər verir ki, “Qəbələ”nin yarımmüdafiəçisinin komandaya nə vaxt qoşulacağı bəlli olub.

Belə ki, xüsusi proqramla müalicə alan Ozobiç təxminən 2 həftədən sonra komanda ilə birlikdə məşqlərə qoşula biləcək. 

Qeyd edək ki, 26 yaşlı futbolçu 4-cü turda “Zirə”ilə matçda zədələnmişdi.

Son redaktə Cümə, 13 Oktyabr 2017