wrapper

Məlum hadisə ilə bağlı saxlanılan  futbolçu Nicat Muxtarovun bir neçə gün öncə azadlığa buraxıldığını xəbər vermişdik.

Məsələ tam olaraq belədir ki, istintaq işləri başa çatana kimi futbolçu Nicat Muxtarov zaminə buraxılıb. Yəni onun işinin tam olaraq yekunlaşdığını deyə bilmərik.Odur ki, “Sumqayıt” rəhbərliyi futbolçusu ilə bağlı gözləmə mövqeyindədir. Yəni oyunçunun yaşıl meydançalara dönüb-dönməyəcəyini zaman göstərəcək. Ehtimal var ki, Nicat Muxtarov gələn həftə  klub rəhbrəliyi ilə görüşsün. Amma bütün bunlar ehtimaldır. Hazırda dəqiq olan bir nüans var ki, Nicat hazırda yaxınlarının yanındadır və psixoloji durumunu qaydasına salmağa çalışır.  

Qeyd edək ki, Nicat “Sumqayıt”dan öncə “Simurq” və “Rəvan”da çıxış edib.

Son redaktə Bazar, 15 Oktyabr 2017