wrapper

Topaz Premyer Liqasının liderlər qrupunda qərarlaşan “Zirə” klubu “Kəpəz”lə oyuna demək olar ki, tam heyətlə çıxacaq. Futbol11.az xəbər verir ki, zədədən əziyyət çəkən Milan Duriç və Orxan Əliyev artıq sıraya dönüblər.

Amma baş məşqçi Ayxan Abbasov heyətin aparıcı üzvlərindən olan Yusif Nəbiyevin xidmətindən məhrumdur. Zədəli olan futbolçunun “Kəpəz”ə qarşı oynamayacağı dəqiqdir.