wrapper

Azərbaycan futbolunun rekordçularından olan Aqil Məmmədovun işsiz günləri davam edir. Futbol11.az xəbər verir ki, milli çempionatda ən çox oyun keçirən futbolçulardan olan vaxtilə “Sumqayıt” və “Mil-Muğan” klublarında baş məşqçi kimi çıxış edən Məmmədov hazırda məcburi istirahət edir.

Əslində, rəhbərlik Aqil Məmmədovun “Mil-Muğan”ın baş məşqçisi kimi yola davam etməsini istəyirdi. Amma çalışdırıcı I Divizionda işləmək istəmədi.

Hazırda böyüyüb boya başa çatdığı Sumqayıtda olan Aqil bəy əməkdaşımızla söhbətində hələ də işsiz olduğunu bildirdi: “Hələ ki, bir iş yoxdur. Gözləyirəm”.  

Qeyd edək ki, Aqil Məmmədobun futbolçu və məşqçi kimi işi həmişə təqdir olunub. 

Son redaktə Cümə, 13 Oktyabr 2017