wrapper

İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Nqolo Kantenin zədələndiyi barədə xəbər vermişdik. Futbol11.az xəbər verir ki, tibbi müayinədən sonra 26 yaşlı yarımmüdafiəçinin qışa qədər yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

Fransa millisinin üzvünün qış fasiləsinə qədər İngiltərə Premyer Liqasının oyunları ilə yanaşı, Çempionlar Liqasında “Qarabağ”, “Roma” və “Atletiko”ya qarşı matçları buraxacağı qeyd edilib. 

Qeyd edək ki, Kante ÇL-in ilk turunda "Qarabağ"la matçda 63 dəqiqə meydanda olmuşdu.

Son redaktə Cümə, 13 Oktyabr 2017