wrapper

 

 

"Bizi çətin oyun gözləyir. İlk iki matçda uğursuzluq olsa da, komandama güvənirəm". Futbol11.az xəbər verir ki, bu sözlər “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneyə məxsusdu. 

İspaniya təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq.

Bakı Olimpiya Stadionunun konfrans zalında təşkil edilən mətbuat konfransında Simeone fikrini bu sözlərlə davam etdirib: “İnanıram ki, komandam sabah lazımi qələbəni qazanacaq. Bizdə gözləntilər konkret bir oyunçu üzərində deyil. Hamıdan eyni oyunu gözləyirəm”.

- “Barselona” ilə heç-heçə etdiz. Bu nəticədən sonra narahatsız?

- Komandamın düzgün yolda olduğunu bilirəm. Çalışırıq ki, oyundan oyuna artıraq. “Roma” ilə qələbə qazanmalı olduğumuz matçda heç-heçı etdik. “Çelsi” ilə oyunda isə son dəqiqələrdə buraxdığımız qolla uduzduq. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanacağımıza inanıram

- Sabahkı rəqib o qədər də güclü deyil. Hansısa dəyişiklik gözlənilir?

- Komandanın qələbəsi üçün hansı dəyişiklik lazımdısa, ediləcək. Vaxtilə “Astana” və “Rostov”la oyunlarda xallar itirmişdik. Sabah bizi elə də asan deyil gözləmir.

- “Qarabağ”da hansı oyunçuları təhlükəli hesab edirsiz?

-  “Qarabağ”da mərkəzdə, cinahlarda və hücumda yaxşı oyunçular var. Miçel onlardan biridi. Hər oyuna fərqli hazırlaşırıq. Meydana çıxanda əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.

- “Qarabağ” ispan futboluna yaxın oyun sərgiləyir. Belə komandaya qarşı matç “Atletiko”ya hansı çətinliyi yarada bilər?

- Burda özümü çox yaxşı hiss edirəm. İlk dəfə gələndə də belə olmuşdu. Düzdü, “Qarabağ” ispan futboluna yaxın oyun sərgiləyir. Ancaq bu komanda fərqli-fərqli oyun nümayiş etdirir. “Çelsi” və “Roma”yla oyunlarda tam fərqli oyun sistemindən istifadə etmişdilər. Bu komandaya qarşı oyunda diqqətli olmalıyıq.

- “Çelsi” ilə oyuna kimi komanda La Liqada böyük hesablı qələbələr qazanmışdı. Lakin həmin oyundakı məğlubiyyətin ardından nəticələr pisləşib...

- Biz hər oyuna ciddi yanaşırıq. Öz üzərimizdə daim çalışırıq. Nəticə də özünü göstərəcək.

- “Atletiko” bir müddət öncə Azərbaycanla əməkdaşlıq edirdi. Bizim ölkəmiz və Qarabağ haqda nə deyə bilərsiz? 

- Qarabağın tarixi barədə məlumatım yoxdu. Buna görə təəssüf edirəm. Yalnız sizin futbolunuz barədə məlumatım var. Burdakı əməkdaşlıq bizə uğurlu gəlmişdi. Həmin ildə bir çox uğurlar qazanmışdıq.

Son redaktə Çərşənbə axşamı, 17 Oktyabr 2017