wrapper

“Kəpəz” Topaz Premyer Liqasının cari mövsümündə doğma meydanda ilk oyununu oktyabrın 21-də keçirəcək. Futbol11.az xəbər verir ki, “sarı-göylər” Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcəklər.

Komanda qarşıdakı oyunla bağlı bu gündən Bakıda məşqlərə başlayıb. “Kəpəz” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında hazırlaşır.

Gəncə klubunun oktyabrın 18-i və 19-na təyin olunan məşqləri saat 16:00-da başlayacaq.

Son redaktə Çərşənbə axşamı, 17 Oktyabr 2017