wrapper

"Əvvələr "Qarabağ"a asanlıqla qalib gəlmək mükün idi, ancaq indi elə deyil. "Atletiko" son iki mövsüm Çempionlar Liqasının finalında oynasa da, bu, hər şey demək deyil.  Çünki futbolda hər şey mümkündü". Futbol11.az xəbər verir ki, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniyanın "Marca" qəzetinı açıqlamasında bildirib.

Bu ölkədə "Ximsantik" klubunda çıxış edən yarımmüdafiəçi ispanlara paytaxtımız haqda danışıb: "Bakı hər il yeni binaların tikildiyi dəbdəbəli şəhərdi. Son 5-10 ildə şəhərdə ciddi dəyişikliklər olub. Doğrudu, bu, hələ bəzi yerlərdə hiss olunmur. Bakı Olimpiya Stadionu işıqlandırma effektləri, bir çox şeyi "Allians Arena"ya bənzəyir. ".

Millimizlə də bağlı fikirlərini bildirən İsrafilov atasının Anqoladan olduğunu, lakin Azərbaycanda təhsil aldığını söyləyib: "Anamla orada tanış olub. Daha sonra iş axtarmaq üçün İspaniyaya köçüblər. Rus və ingilis dilində bildiyima görə yığmada ünsiyyət qura bilirəm. Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə isə ispanca danışıram. Bu ölkənin yığmasında oynamaqla bağlı daha əvvəl də əlaqə saxlamışdılar. Lakin Prosineçki mənə həqiqətən üstünlük verən mütəxəssis oldu. O, əla məşqçi və möhtəşəm insandır. Azərbaycan futbolunda çox şey müsbətə doğru dəyişir. Amma Almaniya ilə eyni qrupda olanda nəticə qazanmaq asan deyil”.

Son redaktə Çərşənbə axşamı, 17 Oktyabr 2017