wrapper

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Futbol11.az xəbər verir ki, Ağdam klubu 3-cü turda Madrid “Atletiko”sunu qəbul edib. “Qarabağ” ilk dəfə İspaniya klubu ilə üz-üzə gəlib.

Qurban Qurbanovun çalışdırdığı komandamız İngiltərədə keçirdiyi ilk matçda "Çelsi”yə 0:6, Bakıda isə İtaliya təmsilçisi "Roma”ya 1:2 hesabı ilə uduzduğundan ilk xal və ya xallarını məhz ispanlarla görüşdə qazanmaq arzusunda idi. Qarşılaşma qolsuz başa çatıb və komandamız tarixi bir nəticəyə imza atıb. Halbuki, matçın sonlarında Dino Ndlovu haqsız yerə meydandan qovulmasaydı və ona qırmızı vərəqə göstərilən epizodda rəqib qapısına penalti təyin olunsaydı, "Qarabağ" ÇL-in qrup mərhələsində ilk qələbəsini də qazana bilərdi.

Qrupun digər görüşündə "Roma" "Çelsi"nin qonağı olacaq.

20:00 Qarabağ (Azərbaycan) - Atletiko (İspaniya) - 0:0

Baş hakim: Ruddi Buke 
Baş hakimin köməkçiləri: Giyom Debar, Frederik Kano 
Əlavə köməkçi hakimlər: Amauri Deleru, Fransua Leteksie
Dördüncü hakim: Bertrand Juanno (hamısı Fransa) 
Bakı.
Olimpiya Stadionu

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 18. Tarik Elyunussi, 22. Əfran İsmayılov, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 90. Ramil Şeydayev.

Baş məşqçi: Qurban Qurbanov.

“Atletiko”: 13. Yan Oblak, 2. Dieqo Qodin, 4. Filipe Luis, 7. Antuan Qrizmann, 8. Saul Niqes, 10. Yannik Karrasko, 14. Qabi (k), 16. Şime Vrsalko, 21. Kevin Qameyro, 22. Nikolas Qaytan, 24. Xose Ximenes.

Ehtiyat oyunçular: Migel Moya, 5. Tomas Parti, 9. Fernando Torres, 11. Anxel Korrea, 12. Auqusto Fernandes, 15. Stefan Saviç, 19. Lukas Ernandes.

Baş məşqçi: Dieqo Simeone

Son redaktə Çərşənbə, 18 Oktyabr 2017