wrapper

Bu gün UEFA Gənclər Liqasında birinci dövrəyə yekun vurulub.

Futbol11.az xəbər verir ki, sözügedən turnirdə Azərbaycanı təmsil edən “Qarabağ”ın U-19 komandası da növbəti matçına çıxıb. Rəşad Sadıqovun çalışdırdığı kollektiv 3-cü tur çərçivəsində doğma meydanda İspaniyanın “Atletiko” komandası ilə üz-üzə gəlib.

Əvvəlki turlarda “Çelsi”yə 0:5, “Roma”ya 0:3 hesabı ilə uduzan təmsilçimiz bu oyunda ilk qolunu vurmaq, ilk xalını qazanmaq arzusundaydı. Düzdü, Ağdam klubu bu arzularından birinə çatıb. Belə ki, "Qarabağ" bu tur nəhayət turnirdə ilk qoluna imza atıb. Lakin sonda yenə böyük hesabla məğlub olub. 

14:00 Qarabağ (Azərbaycan) - Atletiko (İspaniya) - 1:5

Qollar: Yaroslav Deda, 18 // Karlos İsaak, 8, Oskar Klemente, 37, Aytor Punyal, 44, 69, Alberto Salido, 88

Baş hakim: Vitali Meşkov

Baş hakimin köməkçiləri: Aleksey Lunev, Nikolay Boqaç (hamısı Rusiya)

Dördüncü hakim: Rauf Cabbarov (Azərbaycan)

“Azərsun Arena”

“Qarabağ”: 40. Məmməd Hüseynov, 3. Turan Manafov, 18. Süleyman Əhmədov, 24. Yaroslav Deda, 31. Oliver Stoymenovski, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 49. İbrahim Əliyev, 51. Elçin Əsədov, 60. Pilağa Mehdiyev, 70. Misir Rüstəmov

Ehtiyat oyunçular: 63. Rəhim Rəhimli, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 36. Əli Əliyev, 38. Famin Əliyev, 43. Davud Mahmudov, 54. İbrahim Hüseynov

Baş məşqçi: Rəşad Sadıqov

“Atletiko”: 1. Aleks dos Santos, 2. Karlos İsak, 3. Fernando Kastanyaqa, 4. Aytor Punyal (k), 5. Fransisko Montero, 7. Salomon, 8. Toni Moya, 9. Covanni Navarro, 10. Oskar Klemente, 11. Xuan Aquero, 14. Adrian Ferreras Qarsiya

Ehtiyat oyunçular: 13. Errero Linares, 6. Mikel Karro, 12. Xose Karlos Aliaqa, 15. Xoakin Munyos, 16. Rodriqo Rikelme, 17. Endi, 18. Alberto Salido

Baş məşqçi: Manuel Kano Martin

Son redaktə Çərşənbə, 18 Oktyabr 2017