wrapper

"Qarabağ"  Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda  "Atletiko" ilə oyun zamanı forma və atributların satışını təşkil edəcək. 

Futbol11.az xəbər verir ki, bu məqsədlə bu gün görüşün keçiriləcəyi Bakı Olimpiya Stadionunun (BOS) girişində və daxilində ümumilikdə klubun fan-şopunun 7 satış məntəqəsi azarkeşlərin xidmətində olacaq. 

Qeyd edək ki, "Qarabağ" - "Atletiko" matçı saat 20:00-da başlayacaq.