wrapper

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin "Trabzonspor" klubuna keçidi baş tutmayacaq. Futbol11.az xəbər verir ki, Trabzon təmsilçisinin yeni çalışdırıcısı yerli mütəxəssis olacaq.

Belə ki, Prosineçkini uzun müddət gözləməkdən imtina edən trabzonlular Rıza Çalımbayla danışıqları yekunlaşdırıblar. Çalımbay bu gün Trabzona yollanaraq, klub rəhbərliyi ilə görüşüb və cari mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Çalımbayın son iş yeri "Antalyaspor" klubu olub.