wrapper

UEFA Gənclər Liqasında birinci dövrəyə yekun vurulur. Sözügedən turnirdə Azərbaycanı təmsil edən “Qarabağ”ın U-19 komandası da növbəti matçını keçirir. Rəşad Sadıqovun çalışdırdığı kollektiv 3-cü tur çərçivəsində doğma meydanda İspaniyanın “Atletiko” komandası ilə üz-üzə gəlir.

Futbol11.az xəbər verir ki, az öncə start götürən matça "Qarabağ" baş məşqçi Rəşad Sadıqovun yox, əvəzedici komandanın baş məşqçisi Aftandil Hacıyevin rəhbərliyi altında çıxıb. Belə ki, təcrübəli müdafiəçi istirahət etmək məqsədi ilə komandasını Hacıyevə tapşırıb.

Qeyd edək ki, Sadıqov bir neçə gün öncə verdiyi açıqlamada bildirmişdi ki, "Atletiko"nun əsas komandası ilə görüşdə start heyətində şans qazansa, 19 yaşlılardan ibarət komandanı millimizin sabiq üzvünə həvalə edəcək.

Futbol11.az  

Son redaktə Çərşənbə, 18 Oktyabr 2017