wrapper

"Bütün qarşılaşmalarda olduğu kimi, "Qarabağ"la qarşılaşma bizim üçün çox vacibdir". Futbol11.az xəbər verir ki, bu sözləri "Atletiko"nun prezidenti EnrikeSerezo deyib.  

Madrid təmsilçisi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu gün "Qarabağ"ın qonağı olacaq. Qarşılaşma öncəsi İspaniya mətbuatına açıqlama verəm Serezo fikirlərini bildirib.

O, bugünkü qarşılaşmadan yalnız qələbə ilə ayrılmaq niyyətində olduqlarını deyib: "Qarabağ"la qarşılaşmada nəyin bahasına olursa-olsun, qələbə qazanmalıyıq. Əgər qalib gələ bilsək, pley-off mərhələsinin qapıları üzümüzə açılacaq. Futbolda hər şey mümkündü. Ancaq bugünkü məqsədimiz qələbə qazanmaqdı.  "Roma" ilə qarşılaşmada yaxşı yun sərgiləmişdik və möhtəşəm qələbə qazana bilərdik. Ardından "Çelsi" bizə qalib gəldi. İndi isə "Qarabağ"ı yenmək məcburiyyətindəyik. Rəqib yaxşı komanda olsa da, mütləq şəkildə 3 xal əldə etməliyik”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – "Atletiko" görüşü saat 20:00-da başlayacaq.

Son redaktə Çərşənbə, 18 Oktyabr 2017