wrapper

Topaz Premyer Liqasının 9-cu turunda “Neftçi”ni qəbul edəcək “Kəpəz” oyuna itkilərlə çıxacaq.

Futbol11.az xəbər verir ki, komandada həm cəzalı, həm də zədəli futbolçular var. Ötən tur “Zirə”yə qarşı matçda sarı vərəqə limitini dolduran Şəhriyar Əliyev cəzalı duruma düşüb. Bu səbəbdən müdafiəçi tarixi derbidə iştirak edə bilməyəcək. 

“Sarı-göylər”in 2 futbolçusu isə zədəlidi. İlkin Sadıqov və Samba Diallo məşqlərdən kənarda qalıb. Onların qarşıdakı oyunda meydana çıxacağı gözlənilmir. Zədədən qayıdan Əli Səmədov fərdi halda məşqlərə başlasa da, hazırlığı istənilən səviyyədə deyil. Tural Rzayev ilə Azad Kərimovun durumu isə yaxşıdır. Kərimov dünəndən məşq prosesində iştirak edirsə, Rzayev bu gün komandaya qoşulacaq.

 

Son redaktə Çərşənbə, 18 Oktyabr 2017