wrapper

Futbol üzrə Türkiyə milli komandası noyabr ayında yoxlama görüşləri keçirəcək. Futbol11.az xəbər verir ki, Mirça Luçeskunun komandası 2 yoxlama oyununda qüvvəssini sınayacaq.

Türkiyə Futbol Federasiyasının rəsmi saytında yer alan məlumata görə, yığma noyabrın 9-da səfərdə Rumıniya, bundan 4 gün sonra isə doğma azarkeşlərini önündə Albaniya millisi ilə üz-üzə gələcək. Görüşlərin başlama saatı və hansı stadionda keçiriləcəyi hələlik müəyyənləşməyib.

Qeyd edək ki, "Qarabağ"ın futbolçusu Ansi Aqolli Albaniya millisinin kapitanıdır. Onun bu qarşılşamda iştirak edəcəyi gözlənilir.

Futbol11.az  

Son redaktə Çərşənbə, 18 Oktyabr 2017