wrapper

"Qarabağ"dan belə oyun gözləmirdik. Onlar bizə qarşı çox yaxşı mübarizə apardılar. Futbol11.az xəbər verir ki, bu sözləri "Atletiko"nun futbolçusu Antuan Qrizmann deyib. 

Madrid klubu Çempionlar Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"ın qonağı olub. Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb. 

Oyundan sonra açıqlama verən fransalı futblçu fikirlərini bildirib: "Bizim üçün çox ağır vəziyyətdir. Qələbə qazanmaq istəsək də, alınmadı. Bu vəziyyətdən çıxış yolu tapmalıyıq. Bu gün xal itirdik və bundan sonrakı bütün oyunlarımızda qələbə qazanmalıyıq".  

Qrimzann komandasının qrupdan çıxmaq şanslarını dəyərləndirib: "Çempionlar Liqası ilə vidalaşdığımızı düşünmürəm. Bundan sonrakı bütün oyunlarda qələbə qazanmaq vacibdir". 

Futbol11.az 

Son redaktə Çərşənbə, 18 Oktyabr 2017