wrapper

Bu gün Topaz Premyer Liqasında 9-cu tura start verilib. Futbol11.az xəbər verir ki, ilk oyun günündə bir oyun baş tutub.

Günün yeganə qarşılaşması “Dalğa Arena”da “Səbail”lə “İnter” arasında keçirilib. Yaxın günlərdə adını dəyişməyə hazırlaşan “İnter” üçün bu oyun uğursuz alınıb. Belə ki, gələn həftədən “Keşlə” adlanacaq paytaxt təmsilçisi “İnter” adıyla son matçında debütant “Səbail”ə minimal hesabla məğlub olub.

20 oktyabr (cümə)


“Səbail” – “İnter” - 1:0

Qol: Murtuz Abakarov, 16
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Yaşar Abbasov, Fariz Yusifov
AFFA nümayəndəsi: Erkin Hüseynov

Hakim-inspektor: Fazil Mürşüdov
“Dalğa Arena”, 18:00

"Səbail": 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 4. Amit Quluzadə, 6. Murad Ağayev, 10. Nurlan Novruzov, 18. Adrian Popoviçi, 20. Elton Yaqublu (k), 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 69. Renan Telles, 99. Maudo Jarjue

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 8. Aqşin Muxtaroğlu, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 17. Vüqar Nadirov, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev

Baş məşqçi: Samir Əliyev

"İnter": 1. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov (k), 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 88. Məmməd Quliyev

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 4. Slavik Alxasov, 6. Samir Zərgərov, 66. Murad Qayalı, 77. Oleq Hüseynov, 99. Ricat Qarayev

Baş məşqçi: Zaur Svanadze

Son redaktə Cümə, 20 Oktyabr 2017