wrapper

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Futbol11.az xəbər verir ki, komanda dünəni bir məşqlə başa vurub.

Bu gün isə ağdamlılar Bakı vaxtı ilə saat 12:00-da növbəti hazırlığını reallaşdırıb. Məşq təxminən 1 saat 40 dəqiqə davam edib və əsasən fiziki çalışmalara üstünlük verilib.

Günün ikinci məşqi isə axşam yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) start götürəcək.