wrapper

Azərbaycanlı azarkeşlər “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Atletiko” ilə keçirəcəyi səfər matçını canlı izləyə bilərlər. Futbol11.az xəbər verir ki, Ağdam təmsilçisi bu məsələdə fanatlara kömək göstərəcək.

Belə ki, Madriddəki qarşılaşmanı izləmək istəyənlər oyunun biletlərini “Qarabağ”ın bazasından ala bilərlər (saat 10:00-dan saat 18:00-a qədər).
 
Ödənişlər yalnız avro ilə həyata keçirilir. Bir biletin qiyməti isə 30 avrodu.
 
Qeyd edək ki, “Atletiko” – “Qarabağ” matçı oktyabrın 31-də keçiriləcək.