wrapper

İki mövsüm "Milan"da forma geyən və bu yay "Vilyarreal"a icarəyə verilən Karlos Bakka keçmiş komandası barədə danışıb. Futbol11.az xəbər verir ki, kolumbiyalı hücumçu tarixin ən zəif "Milan"ında oynadığını deyib:

“Milan”da keçirdiyim illər şəxsi karyerama görə pis alınmadı. Komandamız da yaxşı olsaydı, daha böyük uğurlar qazana bilərdik. Tarixin ən pis “Milan”ının üzvü idim. 31 illik prezident olan Berluskoni klubu satmaq qərarını verdi. Mən baş məşqçi və yeni funksionerlərlə eyni fikirdə deyildim”. 

Qeyd edək ki, 31 yaşlı oyunçu "Milan"da keçirdiyi 69 oyunda 31 qol vurub. Bu mövsüm "Vilyarreal"a keçən Bakka "sarı sualtı qayığ"ın heyətində 9 görüşdə 2 dəfə fərqlənib.

Son redaktə Cümə, 20 Oktyabr 2017