wrapper

Azərbaycan milli komandasının və “Zirə”nin əsas qapıçısı Anar Nəzirovun zədəsinin son durumu müəyyənləşib.

Qasıq nahiyəsindəki ağrılardan əziyyət çəkən qolkiperin əməliyyat olunacağı söylənilsə də, təcrübəli oyunçu canını ucuz qurtarıb. Belə ki, futbolçu zədəsini müalicə ilə bərpa edəcək. 1 həftə heç bir məşqdə iştirak etməyəcəyi dəqiq olan qolkiper daha sonra yaşıl meydançalara dönəcək. 

Qeyd edək ki, Anar Nəzirovun yoxluğunda “Zirə”ni kapitan kimi oyunlara təcrübəli qapıçı Kamal Bayramov çıxarır.