wrapper

Millimizin üzvü Ramil Şeydayevin "Trabzonspor"da işləri yolunda getmir. Futbol11.az xəbər verir ki, böyük ümidlərlə Türkiyə klubuna transfer olunan hücumçu ortada qalıb.

Komandanın baş məşqçisi Ərsun Yanal Şeydayevi gələcək planlarına daxil etmir. Bu səbəbdən onun icarəyə verilməsi gündəmdədi. Ancaq maraqlıdı ki, hələ də yığmamızın üzvünə elçi düşən yoxdu.

Bunun səbəblərindən biri də Şeydayevin maaşla bağlı tələbidir. Əldə etdiyimiz məlumata görə, Ramil bir ayı üçün onu transfer etmək istəyən klubdan 30 min dollar maaş istəyir. Görünür, "Neftçi" ilə yanaşı, digər klublar da Şeydayevin bu tələbi ilə razılaşmadığı üçün onun transferdən boyun qaçırıb.

Son redaktə Bazar ertəsi, 09 Yanvar 2017