wrapper

"Qarabağ"ın futbolçusu Maksim Medvedevin durumun aydınlıq gəlib. Futbol11.az xəbər verir ki, millimizin müdafiəçisinin durumu ciddi deyil. 

Belə ki, Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Atletiko" ilə qarşılaşmada zədə alan futbolçu tibbi müayinədən keçib. Bizdə olan məlumata görə, həkimlər Maksimin zədəsinin ciddi olmadığını açıqlyıblar. Lakin futbolçu bir neçə gün istirahət etdikdən sonra məşqlərə start verəcək. 

Maksim Topaz Premyer Liqasının IX turunda "Qəbələ"yə qarşı oynamayacaq. Futbolçunun "Atletiko" ilə qarşılaşmada meydanda çıxacağı şübhəsizdi.

Qeyd edək ki, “Atletiko” – “Qarabağ” matçı oktyabrın 31-də keçiriləcək.

Son redaktə Şənbə, 21 Oktyabr 2017