wrapper

Bu gün Topaz Premyer Liqasında IX turun növbəti oyunları keçirilib. Futbol11.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.

Öncə “Kəpəz” uzun müddətlı ayrılıqdan sonra doğma meydanda, özü də yenilənmiş ot örtüyündə ilk matçına çıxıb. Şahin Diniyevin çalışdırdığı kollektiv son iki oyunda qələbə qazanmaqla özündən söz etdirən “Neftçi”ni qəbul edib. Tarixi derbidə "Neftçi" qələbə qazanıb.

Günün digər matçında isə “Zirə” “Sumqayıt”ın qonağı olub. Ayxan Abbasovun yetirmələri qazanılacaq xal və ya xallar sayəsində ən azı 1 günlük zirvəni ələ keçirmək imkanına malik idi. Lakin "Sumqayıt" zirəlilərin bu arzusunu gözündə qoyub.

Topaz Premyer Liqası

IX tur

21 oktyabr (şənbə)

15:00. “Kəpəz” – “Neftçi” - 0:1

Qol: Ruslan Abışov, 40

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Namiq  Məstanov

Hakim-inspektor: Xaqani  Məmmədov

Gəncə şəhər stadionu

“Kəpəz”: 1. Davud Kərimi, 21. Novruz Məmmədov, 3. Dedimar Fereyra, 15. Azad Kərimov, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 14. Fərid Məmmədov, 24. Məhəmməd Qurbanov, 7. Sergey Çernişev, 8. Viktor Oseqeyl 

Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 18. Tural Cəlilov, 10. Tural Rzayev, 17. Əli Səmədov, 19. Aydın Qasımov, 2. Yusif Cəfərov, 12. İlyas Səfərzadə, 16. Azər Məmmədov

Baş məşqçi: Şahin Diniyev

“Neftçi”: 94. Rəşad Əzizli, 5. Anton Krivotsyuk, 15. Ruslan Abışov (k), 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 6. Rəşad Sadiqov, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov, 7. Namiq Ələsgərov, 97. Elnur Cəfərov, 9. Uqo Barqas

Ehtiyat oyunçular: 44. Sənan Əlizadə, 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 27. Məqsəd İsayev, 22. Mirabdulla Abbasov, 11. İqnasio Errera, 16. Pavel Dreksa, 12. Daniel Seqovia, 3. Mateo Mujek

Baş məşqçi: Tərlan Əhmədov 

17:00. “Sumqayıt” – “Zirə” - 2:1

Qollar: Amil Yunanov, 38, Vurğun Hüseynov, 83 - Sadio Tounkara, 4

Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Vaqif Musayev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Elçin Məmmədov

Hakim-inspektor: Murad Məmmədov

Sumqayıt şəhər stadionu

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 90. Ramil Həsənov 

Baş məşqçi: Samir Abasov

“Zirə”: 85. Kamal Bayramov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 9. David Manqa, 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 38. İlkin Muradov, 43. Riçard Qadze

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 62. Abdulla Seyidəhmədov, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 20. Camal Camalov, 39. Sadiq Quliyev, 74. Yusif Nəbiyev, 87. Müşfiq İlyasov, 99. Nicat Qurbanov

Baş məşqçi: Ayxan Abbasov

Son redaktə Şənbə, 21 Oktyabr 2017