wrapper

 

Bu gün Topaz Premyer Liqasının IX turunun daha iki oyunu keçiriləcək. Günün ilk oyununda “Kəpəz” yenilənmiş qazonunda “Neftçi”ni qəbul edəcək. Oyunu FİFA referisi Əliyar Ağayev idarə edəcək. Maraqlı məqam ondan ibarətdir ki, Ağayev Gəncəyə hər zaman olduğu kimi Bakıdan deyil, Makedoniyadan gəlib. 

Məsələ burasındadır ki, Ağayev oktyabrın 19-da “Vardar” – “Real Sosyedad” görüşünü idarə edib. Onun geri dönüş bileti Skopye- İstanbul-Bakı olsa da, “Kəpəz” – “Neftçi” görüşünə təyinatdan sonra AFFA UEFA-ya müraciət edib. Məhz bundan sonra Əliyarın bileti  Gəncəyə alınıb.

Qeyd edək ki, “Kəpəz” – “Neftçi” oyunu bu gün saat 15:00-da başlanacaq.