wrapper

Topaz Premyer Liqasının 9-cu turunda baş tutan “Kəpəz” – “Neftçi” (0:1) oyunundan sonra gərgin anlar yaşanıb.

Futbol11.az xəbər verir ki, matçdan sonra hakim idarəçiliyindən narazı qalan yerli azarkeşlər qarşılaşmanın hakim-inspektorru, hakimlər komitəsinin sədri Xaqani Məmmədova etiraz ediblər. Məmmədova "sarı-göylər"in fanatları hakimlərin oyunları düzgün idarə etməyini istədiklərini bildiriblər və onu söyüblər.

Fanatlardan biri isə Xaqani Məmmədova belə səslənib: "Belə idarəçilik olmaz. Çox bərbad vəziyyətdəsiniz. Bugünkü idarəçiliyə yüksək qiymət versən, kişi deyilsən".

Tərəflər arasında yaşanan insidenti mühafizəçilər və klub rəsmiləri sakitləşdirib.

Son redaktə Şənbə, 21 Oktyabr 2017