wrapper

"Həqiqətən də yaxşı oynadıq. Komandamız layiqli qələbə əldə etdi. Qələbə münasibətilə hər kəsi təbrik edirəm". Futbol11.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın prezidenti Kamran Quliyev deyib. 

"Kimyaçılar" Topaz Premyer Liqasının IX turunda öz meydanında "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. Matçdan sonra jurnalistlərin suallarını cavablandıran klub rəsmisi fikirlərini bildirib. 

O, "Sumqayıt"da hücum xəttində "dişsizlik" olduğunu bildirib və qış transfer dönəmində hücum mövqeyini gücləndirə biləcəklərini deyib: "Müəyyən fikirlərimiz var. Ötən tur "Qəbələ" ilə oyunda uduzmağa layiq deyildik. Lakin bu, futboldur".

Kamran Quliyev "Sumqayıt"ın stadionund azarkeşlərin üzləşdikləri çətinliklərdən danışıb: "70 faiz qələbənin səbəbkarı fanatlarımızdı. Bunu sizə açıq şəkildə deyirəm. Təsəvvür edin ki, 0:1 hesabı ilə uduzurq, meydanda azsaydlı azarkeş, səssizlikdir. Kim özünü azarkeşsiz meydanda şəhid edər? Tribuna məsələsi ilə bağlı sual mənə hər zaman verilir. Bu barədə hələlik yenilik yoxdur. Ümid edirik ki, tezliklə fanatlar üçün xoş xəbəri mətbuat vasitəsilə ictimaiyyətə çatıracağıq".

Son redaktə Bazar, 22 Oktyabr 2017