wrapper

“Zirə” klubunda məşqçilərlə bağlı yeni təyinatlar təsdiqlənib. Futbol11.az xəbər verir ki, U-19 komandasının baş məşqçisi Elnur Çodarov bundan sonra əsas komandada məşqçi kimi çalışacaq.

Ayxan Abbasovun əsas komandaya keçidindən sonra boşalan əvəzedici heyətin baş məşqçi vəzifəsi isə İlham Qurbanova tapşırılıb.

İlham Qurbanov buna qədər “Zirə”nin U-17 komandasında çalışırdı. Bu gün “qartallar” yeni baş çalışdırıcı ilə ilk məşqə çıxıblar. Əvəzedici heyətin məşqçilər korpusunda yer alan digər mütəxəssislər isə dəyişməyib.

Son redaktə Bazar ertəsi, 09 Yanvar 2017