wrapper

Topaz Premyer Liqasında IX turun oyunları keçirlir. Qarşılaşmalardan biri "Kəpəz" və "Neftçi" komandaları arasında baş tutub. Gəncədə reallaşan qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 0:1. 

Futbol11.az xəbər verir ki, tarixi derbi hakim səhvləri ilə yadda qalıb. Qarşılaşmanın baş hakimi Əliyar Ağayev kobud səhvlərlə yol verib. Belə səhvlərdən biri də matçın 63-cü dəqiqəsində qeydə alınıb. Belə ki, "ağ-qaralar"ın futbolçusu Kirilo Petrov cərimə meydançası daxilində rəqib futbolçu Viktor Oseqeylə qarşı kobud oynayıb. 

Ukraynalının "sarı-göylər"in hücumçusunu əli ilə tutduğu açıq-aşkar görünsə də, təcrübəli FİFA referisi "davam" qərarı verib. 

Hakimin bu qərarını sabiq FİFA referisi Anar Salmanov da müzakirə edib. O, Əliyar Ağayevin kobud səhvə yol verdiyini, həmin epizodda 11 metrlik cərimə zərbəsinin olduğunu bildirib.

Maraqlı məqam burasındadı ki, oyunun ədalət təmsilçisi Gəncəyə hər zaman olduğu kimi Bakıdan deyil, Makedoniyadan gəlib. Məsələ burasınddı ki, Ağayev oktyabrın 19-da "Vardar" - "Real Sosyedad" görüşünü idarə edib. Onun geri dönüş bileti Skopye-İstanbul-Bakı olsa da, "Kəpəz" - "Neftçi" görüşünə təyinatdan sonra AFFA UEFA-ya müraciət edib. Məhz bundan sonra Əliyarın bileti Gəncəyə alınıb.

Son redaktə Bazar, 22 Oktyabr 2017

Media