wrapper

"Qəbələ" axşam saatlarında təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq. Futbol11.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk hazırlıq prosesinə legioner futbolçulardan birini cəlb etməyib.

Əldə etdiyimiz məlumata görə, bu, Petar Franyiçdi. Xorvatiyalı yarımmüdafiəçi Qəbələdə qalıb, fərdi məşqlər edəcək. Təlim-məşq toplanışı başa çatandan sonra o, əvəzedici komandaya göndəriləcək. Bu isə o deməkdi ki, 26 yaşlı oyunçu özünə yeni klub tapmalıdı. Bu, baş verəcəyi halda Franyiç "Qəbələ" ilə vidalaşacaq.

Qeyd edək ki, futbolçunun "Qəbələ" ilə müqaviləsi yayda başa çatacaq.

Son redaktə Bazar ertəsi, 09 Yanvar 2017