wrapper

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçmək üçün bu gün qardaş ölkəyə yollanmalı olan "İnter"in səfəri təxirə salınıb.

Futbol11.az xəbər verir ki, buna İstanbula yağan güclü qar səbəb olub.

Əldə etdiyimiz məlumata görə, "bankirlər" planlaşdırıldığı kimi yanvarın 10-da yox, 11-də səfərə çıxacaq. 

Qeyd edək ki, daha öncə "Qəbələ" və "Sumqayıt"ın da səfəri təxirə salınmışdı. 

Futbol11.az

 

Son redaktə Çərşənbə axşamı, 10 Yanvar 2017