wrapper

21 yaşlılarımızın Almaniyadan aldığı rüsvayçı yenilginin deyəsən dərdini elə azarkeşlər, jurnalistlər çəkir.

Belə görünür ki, məğlubiyyət heç həmin gün meydanda olan bəzi futbolçuların vecinə də deyil. Əgər vecinə olsaydı, sözügedən qarşılaşmada 90 dəqiqə meydanda olan Elnur Cəfərov cəmi 1 gün sonra sosial şəbəkədəki hesabında bəhbəhlə, gülərüzlə bahalı maşında şəklini paylaşmazdı.

Amma bizim ona demək istədiklərmizi “Neftçi”dəki komanda yoldaşı Emin Mahmudov ironiyalı şəkildə də olsa Cəfərova deyib: “Almaniya ilə oyundan sonra yaxşı mükafat gəlib, hə qardaş?”

Ehh Elnur... heç olmasa gözləyərdin məğlubiyyətinin “qırx”ı da olmasa, ən azı “yeddi”si çıxardı. Ayıbdı!

 

ELMAR Abdulla-zadə

Son redaktə Bazar, 12 Noyabr 2017